logo

Fransa XİN-in Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı bəyanatı qəbuledilməzdir-XİN

10:30 19-11-2023 | icon 3297
Fransa XİN-in Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı bəyanatı qəbuledilməzdir-XİN

Fransa Xarici İşlər Nazirliyinin Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 17 noyabr tarixli qərarı ilə bağlı bəyanatı yersiz və qəbuledilməzdir.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa Xarici İşlər Nazirliyi tərəfindən Beynəlxalq Ədalət Məhkəməsinin qərarının təhrif olunması ilə bağlı şərhində bildirilib.

Qeyd olunub ki, Ermənistanın qanunsuz müraciətlərinin əksəriyyətinin Məhkəmə tərəfindən rədd edilməsinə Fransanın əhəmiyyət verməməsi Azərbaycana qarşı ikili standartların və qərəzli münasibətin növbəti bariz nümunəsidir: “Bir ölkənin özünü ədalətin və asayişin ən böyük müdafiəçisi kimi təqdim etməklə yanaşı, Fransa ilə heç bir əlaqəsi olmayan məsələni yanlış şərh edib Məhkəmənin işlərinə qarışması təəssüf doğurur”.

Şərhdə deyilir: “Fransa özünün bədnam müstəmləkə siyasəti və o cümlədən nüvə sınaqları da daxil olmaqla, qeyri-qanuni hərəkətləri ilə bağlı Məhkəmə qərarlarının icrasına diqqət yetirməlidir. Fransadan fərqli olaraq, Azərbaycan beynəlxalq öhdəliklərinə ciddi yanaşır”.