Prezident İlham Əliyev noyabrın 18-də Mədət Quliyevin yeni təyinatı ilə bağlı sərəncamı imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir: "Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilsin".