Prezident İlham Əliyev noyabrın 18-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilməsi haqqında sərəncamı imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir: "Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilsin".
Prezidentin bu gün imzaladığı digər bir sərəncamla Vüqar Mustafayev Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsindən azad edilib.