Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə qar yağır.
YeniAvropa xəbər verir ki, noyabrın 17-si səhər saatlarından başlayaraq sulu qar, ardınca isə qar yağmağa başlayıb.
Qubanın Xınalıq kəndinin sakinləri bildiriblər ki, hazırda kənd ərazisində 2 santimetrədək qar var.
Qarın yağması ilə əlaqədar yaşayış məntəqəsində temperatur ötən günlərə nisbətən aşağı enib.