logo

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şura yaradılır

13:31 17-11-2023 | icon 2058
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şura yaradılır

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın formalaşdırılmasına dair elan verilib.

YeniAvropa xəbər verir ki, elanda bildirilir ki, İctimai Şuraya seçkilərin təşkili ilə əlaqədar vətəndaş cəmiyyəti institutları 1 (bir) nəfər şəxsin namizədliyinin irəli sürülməsi məqsədilə ərizəni (namizədin yaşayış ünvanı və elektron poçt ünvanı göstərilməklə) 13.12.2023-cü il tarixinədək aşağıda göstərilən sənədlərlə birlikdə [email protected] ünvanına və ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (Bakı şəhəri, K.Kazımzadə küç., 100 A) poçt vasitəsilə təqdim edə bilərlər:

Namizədin şəxsiyyət vəsiqəsinin surəti; namizədin tərcümeyi-halı; namizədin vətəndaş cəmiyyəti institutunun üzvü olması barədə təsdiqedici sənədin surəti; namizədin müvafiq sahədə təcrübəyə və ya biliyə malik olmasını təsdiq edən sənədin (sənədlərin) surəti;

Vətəndaş cəmiyyəti institutu tərəfindən ərizəyə namizəd barədə geniş məlumat verən digər sənədlər əlavə oluna bilər.

Bundan əlavə namizəd irəli sürüb-sürməməsindən asılı olmayaraq bütün vətəndaş cəmiyyəti institutları seçkinin keçirilməsi məqsədilə təşkil ediləcək ümumi yığıncaqda iştirak etməsi üçün təmsilçisinin məlumatlarını təqdim edə bilərlər.