logo

“Qızıl qələm” mükafatının verilməsi dayandırılıb

12:32 17-11-2023 | icon 1505
“Qızıl qələm” mükafatının verilməsi dayandırılıb

“Qızıl qələm” mükafatının verilməsi dayandırılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurası məlumat yayıb.

Bildirilib ki, vaxtilə cəmiyyətdə müəyyən nüfuz qazanmış, dəyərli qələm adamlarına verilmiş, Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının (KİVİHİ) təsis etdiyi “Qızıl qələm” mükafatı son illər jurnalistikadan uzaq insanlara təqdim olunmaqla etibarını itirib və cəmiyyətdə haqlı narazılıq doğurub.

“Mətbuat Şurası jurnalistikamızın və peşəkar media işçilərinin nüfuzuna xələl gətirən məsələyə biganə qala bilməzdi. Buna görə də sözügedən quruma faktiki rəhbərlik edən Çingiz Qurbanoğlu Şuraya dəvət olunub, icraçı katibin müavini İlqar Tağıyev Mətbuat Şurasının mövqeyini, irad və tövsiyələrini onun diqqətinə çatdırıb. Nəticədə Ç.Qurbanoğlu Mətbuat Şurasına müraciət ünvanlayıb.

Müraciətdə qeyd olunub: “Son zamanlar mətbuatda və sosial şəbəkələrdə sədri olduğum Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının müxtəlif insanlara təqdim etdiyi “Qızıl qələm” və digər media mükafatları ilə bağlı narazılıqları, həmçinin MŞ-nın tövsiyələrini nəzərə alaraq, KİVİHİ Rəyasət Heyətinin qərarı ilə bu mükafatların təqdimatını dayandırdığımızı bildirirəm”.

Mətbuat Şurası müraciəti anlayışla qarşılayaraq problemin həllini tapdığını bildirir. Şura digər təşkilatlara da müraciət edərək, media ilə bağlı mükafatlar verilməsi məsələsinə ehtiyatlı və həssas yanaşmağa, jurnalistikamızın nüfuzuna xələl gətirən addımlardan çəkinməyə çağırır.