UNESCO Baş Konfransı çərçivəsində qurumun Bioloji müxtəlifliyin Qorunması Komitəsinə seçkilər keçirilib. Azərbaycan bu Komitəyə üzv seçilib
YeniAvropa xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası məlumat verib.
Bildirilib ki, Komitə üzvlüyünə 5 ölkənin- Azərbaycan, Rumıniya, Bolqarıstan, Rusiya və Ukraynanın namizədliyi verilib. Azərbaycan 110 səslə Komitəyə 4 il müddətinə (2023-2027-ci illər) üzv seçilib.
Bioloji müxtəlifliyin Qorunması Komitəsinə üzv olması Azərbaycanın bu sahədə qlobal öhdəliklərinin yerinə yetirilməsində dəstək olacaqdır. Eyni zamanda, artıq mövcud yaradılması nəzərdə tutulan nominasıya dosyelərinin komitədə də qəbul edilməsi və onların idarə olunmasına, eləcə də digər qonşu dövlətlərlə birgə layihələrinin hazırlanması və işlənməsinə öz töhfəsini verəcək.
Həmçinin ölkəmizdəki Universitetlər vasitəsilə bilik və bacarıqların artırılmasına, eyni zamanda, gələcəkdə Azərbaycanın UNESCO ilə əməkdaşlığına öz müsbət təsirini göstərəcək.