Noyabrın 16-da Bakıda İtaliya Viza Mərkəzinin açılışı olub.
YeniAvropa xəbər verir ki, açılış mərasimində İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri çıxış edib.
Mərkəzin açılış prosesinə hazırlığın iki il davam etdiyini deyən səfir bildirib ki, Avropa, həmçinin İtaliya azərbaycanlıların səyahət etdiyi əsas istiqamətdir.
Diplomat vurğulayıb ki, bu Mərkəzdə Maltaya da viza veriləcək. O, həmçinin deyib ki, burada azərbaycanlılara daha yaxşı xidmət göstəriləcək.
İtaliyanın Azərbaycanın vacib tərəfdaşı olduğunu söyləyən səfir qeyd edib: “Biz Azərbaycanın əsas neft-qaz alıcılarından biriyik. Müxtəlif sahələrdə əməkdaşlığımız var. Biz bu ölkəni sevirik”.