Azərbaycanda noyabrın 17-də gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Gün ərzində əsən güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 9-12°, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 754 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-11°, gündüz 14-19° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti olacaq.