Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (PA) tədbirlərində iştirak etmək üçün noyabrın 15-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə işgüzar səfərə gedib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, nümayəndə heyətinə Milli Məclisin MDB PA-dakı nümayəndə heyətinin üzvləri Mixail Zabelin, Rasim Musabəyov, Nizami Səfərov, Emin Hacıyev və digər rəsmi şəxslər daxildirlər.