logo

“Gənclik” metrostansiyası sabah gücləndirilmiş rejimdə işləyəcək

13:33 15-11-2023 | icon 1267
“Gənclik” metrostansiyası sabah gücləndirilmiş rejimdə işləyəcək

Noyabrın 16-da Azərbaycan milli futbol komandasının "EURO-2024"ün seçmə qrup mərhələsi çərçivəsində İsveç yığması ilə keçirəcəyi oyunla əlaqədar Bakı metropoliteninin “Gənclik” stansiyasının iş rejimində dəyişikliklər ediləcək.

“Bakı Metropoliteni” QSC-dən YeniAvropa-ya bildirilib ki, paytaxtımızda keçirilən kütləvi mədəni tədbirlərlə bağlı Bakı metrosu əməliyyat planına uyğun olaraq, Tofiq Bəhramov adına Respublika Stadionunun yaxınlığında yerləşən stansiyada gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Azarkeşlərin arenaya gediş-gəlişini asanlaşdırmaq, o cümlədən səmti rahat müəyyənləşdirə bilmələri üçün oyunun başlanma saatları ərəfəsində stansiyada növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq. Qatarların hərəkəti iş günü ərzində adi iş rejiminə uyğun tənzimlənəcək.

Bununla belə, gün ərzində nəzarət mexanizmləri tətbiq olunacaq, xüsusən metro istifadəçilərinin oyun başa çatdıqdan sonra təhlükəsiz və rahat daşınması üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanmaqla, zərurət yarandığı təqdirdə xəttə buraxılacaq. “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri diqqətdə saxlanılacaq.