Mədət Quliyev “Dubai Airshow-2023” sərgisi çərçivəsində bir sıra görüşlər keçirib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində “Dubai Airshow-2023” 18-ci aviasiya sərgisi davam edir.
Müdafiə Sənayesi Nazirliyindən YeniAvropa-ya bildirilib ki, sərginin ikinci günündə müdafiə sənayesi naziri Mədət Quliyevin Birləşmiş Ərəb Əmirliklərinin müdafiə işləri üzrə dövlət naziri Məhəmməd Əhməd Əl Bovardi ilə görüşü olub.
Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Sonra M.Quliyev İtaliya Respublikasının “Leonardo” və BƏƏ-nin EDGE şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.
Görüşlərdə hər iki şirkətin istehsal etdiyi aviasiya vasitələri haqqında geniş məlumat verilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.