logo

İsmayıllıda zəlzələ olub

09:09 13-11-2023 | icon 1533
İsmayıllıda zəlzələ olub

Noyabrın 13-də İsmayıllı seysmoloji stansiyasından 4 kilometr şimalda - İsmayıllı rayonunda zəlzələ baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, saat 02:50-də baş verən 3 maqnitudalı zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib.