Noyabrın 11-də İsmayıllı seysmoloji stansiyasından 3 kilometr şimalda - İsmayıllı rayonunda zəlzələ baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, saat 08:00-da baş verən 3 maqnitudalı zəlzələnin dərinliyi 7 kilometr təşkil edib.
Zəlzələ hiss olunmayıb.