Paytaxtın Nizami rayonu ərazisindəki mağazaların birindən 1050 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər oğurluq, dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 1972-ci il təvəllüdlü Cəlal Məmmədov Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. Ondan bir ədəd döyüş sursatı da aşkarlanıb.
Davam etdirilən tədbirlərlə həmin şəxsin gizlətdiyi yerdən “Makarov” markalı tapança, 7 patron və patron darağı aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.