logo

Neftçalada 52 yaşlı kişi özünü asıb

09:09 10-11-2023 | icon 1540
Neftçalada 52 yaşlı kişi özünü asıb

Noyabrın 10-da Neftçala rayonunda ölüm hadisəsi baş verib.

Daxili İşlər NazirliyindənYeniAvropa-ya bildirilib ki, on altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən 1971-ci il təvəllüdü Hüseynov Azər Mahmud oğlu paltar lifindən hazırladığı vasitə ilə saat 4 radələrində həyatına qəsd edib. Göstərilən tibbi müdaxilələrə baxmayaq onun həyatını xilas etmək mümkün olmayıb.

Şəxsin yaxınlarının iştirakı ilə meyitə baxış keçirilib, onun bədənində hər hansı xəsarət izi aşkar olunmayıb. Ölüm faktı ilə bağlı məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırma aparılır.