Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün - noyabrın 8-də yerli vaxtla saat 09:18 dəqiqədə ilkin məlumatlara əsasən Azərbaycanla İran sərhədində 5,1 maqnituda zəlzələ qeydə alınıb.
FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə nazirliyə məlumat daxil olmayıb.
Zəlzələ Azərbaycanın bir sıra cənub rayonlarında hiss olunub.