Azərbaycanla İran sərhədində zəlzələ qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, saat 09:18-də baş verən 5.1 maqnitudalı zəlzələ Azərbaycanın Cəlilabad, Yardımlı, Lənkəran, Lerik, Masallı, Astara, Saatlı, Beyləqan, Ağdam rayonlarında 5-3 bala qədər hiss olunub.