Prezident İlham Əliyev noyabrın 7-də "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında" sərəncamı imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir: "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilsin:
polkovnik Fərid Əlibaba oğlu Əliyev
polkovnik Namiq Süleyman oğlu Bayramov
polkovnik Müşfiq Xıdır oğlu Məmmədov".