logo

Ceyhun Bayramov Serbiyaya rəsmi səfərə gedib

13:53 07-11-2023 | icon 2324
Ceyhun Bayramov Serbiyaya rəsmi səfərə gedib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov noyabrın 7-də Serbiya Respublikasına rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki,səfər çərçivəsində nazir Ceyhun Bayramovun Serbiya Respublikasının xarici işlər naziri İvitsa Daçiç və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi planlaşdırılır.