logo

Prezident hərbçilərin maaşlarını 20%, xüsusi təyinatlıların maaşlarını isə  2,1 dəfə artırdı

12:52 07-11-2023 | icon 2450
Prezident hərbçilərin maaşlarını 20%, xüsusi təyinatlıların maaşlarını isə  2,1 dəfə artırdı

Prezident İlham Əliyev noyabrın 7-də "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında" fərman imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

 Fərmanda deyilir:"Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılsın".

Dövlət başçısının bu gün həmçinin, Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşlarının artırılması haqqında fərman imzalayıb.

Fərmana əsasən, Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 2,1 dəfə artırılacaq.

Nazirlər Kabineti bir ay müddətində bu fərmana uyğun olaraq, hərbi qulluqçuların vəzifə maaşlarının məbləğini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və fərmandan irəli gələn digər məsələləri həll etməlidir.