logo

Zəfər Günündə Bakıda yollar bağlanacaq:Yürüş olacaq

09:29 07-11-2023 | icon 2331
Zəfər Günündə Bakıda yollar bağlanacaq:Yürüş olacaq

Noyabrın 8-də Zəfər Günü münasibətilə səhər saat 09:00-dan saat 13:00-a qədər Bakı şəhərinin müxtəlif küçə və prospektlərində hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin yürüşü nəzərdə tutulur. Bununla bağlı paytaxtda bəzi küçə və prospektləri müvəqqəti bağlı olacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Əsgərli məlumat verib.

O bildirib ki, tədbirlər bir neçə marşrutlar üzrə nəzərdə tutulub:

“Birinci marşrut Heydər Əliyev sarayı, Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı, “Amay” Ticarət Mərkəzi, ikinci marşrut Şəhidlər xiyabanı, Alov Qüllələri kompleksi, İçərişəhər metrosu, Qala Qapısı, Azərbaycan Dövlət Kukla teatrı, “Azneft” dairəsi, “Bəhram Gur” heykəli, üçüncü marşrut Q.Musabəyov parkı, Əbdürrəhman bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkı, Parlament prospekti, Şəhidlər xiyabanı, dördüncü marşrut “Olimpik Star” İdman və Əyləncə Mərkəzi, Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev Sarayı, İ.Nəsimi heykəli, Neftçilər prospekti istiqamətində olacaq”.

A.Əsgərli vurğulayıb ki, sözügedən küçə və prospektlərdə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin yürüşü səbəbindən yollar bağlı olacaq: “Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Zəfər Günü münasibətilə hər bir hərəkət iştirakçısını, vətəndaşlarımızı təbrik edir, onlardan qeyd olunan istiqamətlər üzrə Ordumuzun orkestrlə nümunəvi hərəkətinə dəstək olmalarını, yəni həmin istiqamətlərdə avtomobillə yola çıxmamalarını xahiş edirik”.