Xorvatiya Respublikasının baş naziri Andrey Plenkoviçin Azərbaycan Respublikasına işgüzar səfəri noyabrın 6-da başa çatıb.
YeniAvropa xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Xorvatiya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Baş nazir Andrey Plenkoviçi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.