İstanbulda Türk Xəbər Agentlikləri Alyansı yaradılıb
İstanbulda Türk Xəbər Agentlikləri Media Zirvə görüşü keçirilir.
YeniAvropa xəbər verir ki, “Media və gələcəyə baxışda birlik” mövzusunda baş tutan tədbirdə ölkəmizi Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev təmsil edib.
Tədbirin açılış mərasimində çıxış edən Türkiyənin Anadolu Agentliyinin İdarə Heyətinin sədri və Baş direktoru Serdar Karagöz, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım türkdilli ölkələrlə bağlı xəbərlərin daha geniş miqyasda çatdırılması və səsimizin daha gur eşidilməsi baxımından birliyin vacibliyini vurğulayıblar. Bildirilib ki, beynəlxalq ictimaiyyətin Türk dünyasına baxışını dəyişəcək ölkələrimizin media birliyi fikirlərimizin, ortaq miras və mədəniyyətimizin dünyaya çatdırılmasında əsas rol oynayacaq.
Çıxışlarda birliyin yaradılması tarixi an kimi qiymətləndirilib, bunun həm də ölkələrimiz arasında qardaşlıq bağlarının daha da güclənməsi baxımından əhəmiyyəti vurğulanıb. Dövlətlərimizin başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə 2021-ci ildə Türk Dövlətləri Təşkilatının İstanbul Zirvəsi xatırlanıb, bu tədbirin türkdilli ölkələr arasında birliyin əsas dönüş nöqtələrindən biri olduğu bildirilib.
Birliyin ortaq fəaliyyəti daha da gücləndirəcəyini əminliklə ifadə edən natiqlər dezinformasiya ilə mübarizənin də önəmini vurğulayıblar. Qeyd edilib ki, rahat həll olunacaq məsələləri çıxılmaz vəziyyətə gətirən məhz dezinformasiyadır. Dünyanın bir sıra ölkələrində islamofobiya, irqçilik halları yaşanmaqdadır. Bəzən haqlı olduğumuz mövzularla bağlı beynəlxalq səviyyədə dezinformasiyalar yayılır. Bu baxımdan ölkələrimizin TDT ətrafında sıx birləşərək dezinformasiyaya qarşı mübarizə aparması çox vacibdir.
Sonra Türk Xəbər Agentlikləri Alyansının (ATNA) yaradılması barədə Bəyannamə imzalanıb.
Zirvə görüşü işini davam etdirir.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır