logo

Paytaxtın həftəlik hava proqnozu açıqlanıb

16:16 04-11-2023 | icon 1526
Paytaxtın həftəlik hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti haqqında həftəlik məlumatı açıqlayıb. Xidmətdən YeniAvropa-ya verilən məlumata görə noyabrın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman, az çiskin olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16°, gündüz 19-24° isti olacaq.

Noyabrın 6-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-17°, gündüz 20-25° isti olacaq.

Noyabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər arabir güclənəcək, axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16°, gündüz 18-23° isti olacaq.

Noyabrın 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq, havanın temperaturu gecə 13-16°, gündüz 17-22° isti olacaq.

Noyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 13-17°, gündüz 18-22° isti olacaq.

Noyabrın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək, axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16°, gündüz 16-21° isti olacaq.

Noyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16°, gündüz 16-19° isti olacaq.