Prezident İlham Əliyev oktyabrın 30-da Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayevin təltif edilməsi haqqında sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir: "Azərbaycan Respublikasında səhiyyə sahəsində xidmətlərinə görə Kamran Kazım oğlu Musayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin".
Qeyd edək ki, Kamran Kazım oğlu Musayev 30 oktyabr 1973-cü ildə Ermənistanın Amasiya rayonunun Göllü kəndində anadan olub.
Ürək-damar cərrahı, tibb elmləri doktoru, professordur. 2011-ci ildə Azərbaycan Respublikasının əməkdar həkimi fəxri adını alıb.
O, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədridir