logo

Paşinyan yaxın vaxtlarda Türkiyə ilə sərhədlərin açılacağına ümid edir

13:13 30-10-2023 | icon 1148
Paşinyan yaxın vaxtlarda Türkiyə ilə sərhədlərin açılacağına ümid edir

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə sərhəddə nəzarət-buraxılış məntəqələrinin açılması barədə razılaşmanın yaxın zamanlarda reallaşacağına ümidini ifadə edib.

YeniAvropa xəbər verir ki, bu barədə Nikol Paşinyan parlamentdə 2024-cü il üçün övlət büdcə layihəsinin müzakirəsi zamanı çıxışı zamanı deyib.

“Ümid edirəm ki, yaxın zamanlarda Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin sərhədlərin açılması barədə danışıqlarında əldə olunan razılaşmanı reallaşdıra biləcəyik. Bu mərhələdə sərhədin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması planlaşdırılır”, - deyə N.Paşinyan bildirib.

Onun sözlərinə görə, hazırda nəzarət-buraxılış məntəqələrində infrastrukturun bərpası işləri görülür.