İraq parlamentinin deputatları Şuşaya səfər ediblər
İraq Respublikası Nümayəndələr Şurasının İnsan haqları komitəsinin sədri Ərşad Rəşad Əl-Salihinin rəhbərliyi ilə bu ölkə parlamentinin nümayəndə heyəti oktyabrın 29-da Şuşa şəhərinə səfər edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, qonaqlar əvvəlcə Füzuli rayonuna gəliblər. Burada onlar Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olub, işğal dövründə ermənilər tərəfindən törədilmiş dağıntılara baxış keçiriblər. Nümayəndə heyətinə işğaldan azad edildikdən sonra rayonda Azərbaycan dövləti tərəfindən aparılan yenidənqurma işləri, həyata keçirilən layihələr barədə məlumat verilib.
Sonra Şuşaya səfər edən qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti, eyni zamanda, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti ilə burada aparılan bərpa və quruculuq işləri barədə məlumat verilib.
Səfər çərçivəsində nümayəndə heyəti Yuxarı Gövhər Ağa məscidi və digər abidələrlə tanış olub, Cıdır düzünə qalxıblar. Milli Məclisin deputatı İlham Məmmədov qonaqlara Cıdır düzü barədə məlumat verib. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxıb, canları və qanları bahasına Şuşanı işğaldan azad ediblər.
Sonra qonaqlar Şuşanın Qala divarlarını seyr edib, şəhər meydanına baş çəkiblər. Onlara şəhər meydanı, orada qoyulmuş Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin heykəllərinin işğal dövründə ermənilər tərəfindən güllələnməsi barədə məlumat verilib.
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək