logo

Şəmkirdə arvadını güllələyən kişi həbs edilib

13:53 27-10-2023 | icon 1918
Şəmkirdə arvadını güllələyən kişi həbs edilib

Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini 1999-cu il təvəllüdü Zəhra Əhmədovanın öldürülməyə cəhd edilməsi faktı ilə bağlı rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Rayon prokurorluğundan YeniAvropa-ya verilən məlumata görə, istintaqla, aralarında yaranmış mübahisə səbəbindən 1990-cı il təvəllüdlü Əfsun Əhmədovun arvadı Zəhra Əhmədovaya ov silahı ilə atəş açaraq onu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Əfsun Əhmədova Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin istintaqı tamamlanaraq ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilməklə aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.