Ermənistanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, Ermənistanın Moskvadakı müvəqqəti işlər vəkili oktyabrın 25-də XİN-ə çağırılıb və Ermənistan mətbuatında Rusiya rəhbərliyi, diplomatları, sülhməramlıları barədə dərc edilən xoşagəlməz materiallar onun diqqətinə çatdırılıb.
M.Zaxarova vurğulyıb ki, Ermənistanda hakimiyyətin nəzarəti altında olan KİV-in, teleqram kanallarının da qoşulduğu anti-Rusiya kampaniyasının yolverilməzliyinə diqqət çəkilib.
Rusiya tərəfinin Ermənistanın bu ölkədəki səfiri kimi deputat Qurgen Arsenyanın namizdliyini təsdiq etməməsi barədə suala cavabında M.Zaxarova deyib ki, hər hansı namizədə aqreman verilməsi diplomatik prosesdir və geniş müzakirəyə çıxarılmır.