Prezidentin sərəncamı ilə Samux rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Firdovsi Əliyev oktyabrın 26-da Azərbaycan Respublikası prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
YeniAvropa xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edərək dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
F.Əliyev ona göstərilən etimada görə minnətdarlıq edib.