Gürcüstan hökuməti Sülh Qonşuluq Təşəbbüsü vasitəsilə qonşularımız və dost ölkələrimiz olan Ermənistan və Azərbaycanla, nəhayət Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması üçün işləməyə hazırdır.
YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili Tbilisidə keçirilən İpək Yolu Beynəlxalq Forumundakı çıxışı zamanı bildirib.
Hökumət başçısının sözlərinə görə, dayanıqlı sülh Cənubi Qafqazın bütün ölkələrinə, geniş miqyasda isə regiona fayda verəcək və firavanlıq gətirəcək.