Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması Vətən müharibəsindən sonra formalaşan yeni geosiyasi reallıqlar fonunda qeyri-hökumət təşkilatlarının inkişafı üçün yeni mərhələnin başlanğıcıdır.
YeniAvropa xəbər verir ki, bu sözləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva "İşğaldan azad olunan ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində şəffaflığın və rəqabətliliyin təmin edilməsi” mövzusunda keçirilən tədbirdə söyləyib.
Onun sözlərinə görə, dövlət qurumları vətəndaş cəmiyyətinin ən yaxın tərəfdaşıdır. Özəl sektorla da vətəndaş cəmiyyətinin əməkdaşlığının genişləndirilməsi çox önəmlidir. 2024-cü il qrant müsabiqələrinə Cənubi Qafqazda sülh və etimad quruculuğu, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi məsələsinin salınması növbəti il üçün bu istiqamətlərdə maraqlı təşəbbüslərin dəstəklənməsinə şərait yaradacaq.