Prezident İlham Əliyev oktyabrın 25-də Samux rayon İcra Hakimiyyətinin yeni başçısının təyin edilməsi haqqında sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncama əsasən, Firdovsi Şahmirzə oğlu Əliyev Samux rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezidentin bu gün imzaladığı digər bir sərəncamla Alı İbrahim oğlu Qocayev Samux rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qeyd edək ki, Firdovsi Əliyev 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib.
1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. 2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.
2004-cü ildən 2023-cü ilin mart ayına qədər ekologiya və təbii sərvətlər nazirinin müavini, daha sonra nazirin müşaviri vəzifəsində çalışıb.