logo

Moskva sülh sazişi üzrə Bakı və İrəvan ilə dialoqu davam etdirir

15:55 25-10-2023 | icon 2345
Moskva sülh sazişi üzrə Bakı və İrəvan ilə dialoqu davam etdirir

Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanması üçün Rusiyanın Moskvadan platforma qismində istifadə olunması təklifinə dair hələ ki, hansısa əhəmiyyətli irəliləyiş yoxdur.

YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. O əlavə edib ki, Moskva Bakı və İrəvan ilə təmasları davam etdirir.

“Hələ ki, yox. Dəqiq anlaşma yoxdur. Biz təmaslarımızı davam etdiririk”, - deyə D.Peskov Rusiya tərəfinin təklifi üzrə irəliləyiş barədə sualı cavablandırarkən qeyd edib.