logo

Azərbaycanda ötən il intihar edən 609 nəfərdən 42-si yeniyetmə olub

11:33 25-10-2023 | icon 1190
Azərbaycanda ötən il intihar edən 609 nəfərdən 42-si yeniyetmə olub

Ötən il ölkədə Ədliyyə Nazirliyi tərəfindən 609 intihar hadisəsi qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu , Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.

Belə ki, intihar edən şəxslərdən 457-i kişi, 152-i qadın olub, o cümlədən 42-si yetkinlik yaşına çatmayan şəxslər olub.

"İntiharlar həm cəmiyyətimiz, həm də dövlətimiz üçün çox həssas mövzudur. Dövlət Komitəsi bununla bağlı araşdırmalar aparır, kəsb etməyən intihar hadisələrinin gündəmə daşınması və tirajlanması mənfi təsir yaradır və müxtəlif yaş qruplarına, habelə psixologiyası zəif olan təbəqələrə, risk qruplarına nüsxə intiharlarına yönəldici təsir edir. Aparılan anket sorğularında açıq suallara cavab verənlərin əksəriyyəti bu faktları sadalayıb və ən yaxın çevrələrində müşahidə edib", - Dövlət Komitəsinin məlumatında qeyd olunub.