Gəncə şəhərində bir gündə iki uşaq küçəyə atılıb.
YeniAvropa xəbər verir ki, uşaqlar bacı və qardaşdırlar. Uşaqlardan biri 4 aylıq körpə qız, digəri isə 3 yaşlı oğlan uşağıdır.
Həmin uşaqlar şəhərin mərkəzində tapılaraq Gəncə şəhər Uşaq Xəstəxanasına gətirilib.
Uşaqların qəyyum olan nənə tərəfindən küçəyə atıldığı məlum olub.
Nənə əvvəlcə dörd aylıq körpəni, sonra isə onun qardaşını Gəncə şəhər İcra Hakimiyyətinin binasının qarşısına qoyaraq gedib.