Sahibə Qafarova III Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunun iştirakçıları ilə görüşüb
Oktyabrın 24-də Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən “2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumların rolu” adlı 3-cü DİM Dialoqunun iştirakçıları ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, qonaqları Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən spiker “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu”na dair Bakıda keçirilən tədbirin aktual mövzuya həsr edildiyini qeyd edib. Spiker bu tədbirin həm Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasına, həm də bu audit qurumları arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Sahibə Qafarova bildirib ki, müasir dövrümüzdə dünya bir çox problemlərlə, çağırışlarla üzləşir və ölkələr üçün ciddi maneələr yaranır. Bu mənada, 2015-ci ildə BMT çərçivəsində qəbul edilmiş “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” və Dayanıqlı İnkişaf Məqsədləri ölkələrin sosial-iqtisadi cəhətdən dayanıqlı inkişafı, üzləşdikləri problemlərin sistemli həlli üçün nəzərdə tutulmuş mühüm alətlərdir.
Spiker qeyd edib ki, Azərbaycan da “Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi”nin həyata keçirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Təkcə onu demək kifayətdir ki, Azərbaycan BMT-yə üç Könüllü Milli İcmal Hesabatı təqdim etmiş və bununla da öz regionunda birinci, dünyada isə ilk 12 ölkədən biridir. Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün parlament də qanunvericiliyə lazımi dəyişikliklər edir.
Sahibə Qafarova bildirib ki, audit qurumlarının Bakıda təşkil olunan dialoq formatında əməkdaşlığı xüsusən aktualdır. Bu, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində dövlət vəsaitlərinin məqsədyönlü istifadəsi, həmçinin şəffaflığın artırılması və hesabatlılığın təmin edilməsi baxımından əhəmiyyət daşıyır.
Milli Məclisin sədri Azərbaycanda Hesablama Palatasının fəaliyyətini və parlamentlə əməkdaşlığını yüksək qiymətləndirib. Diqqətə çatdırıb ki, Palatanın Milli Məclisə illik hesabat verən, daimi fəaliyyət göstərən, kənar dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanı kimi büdcə prosesindəki iştirakı onun parlamentlə əməkdaşlığının xüsusi bir istiqamətidir.
Spiker qeyd edib ki, ölkəmiz öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etdikdən sonra hazırda bu ərazilərdə böyük yenidənqurma və bərpa işləri həyata keçirilir. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri icra olunur. Artıq bu ərazilərdə üçüncü hava limanının tikintisi başa çatmaq üzrədir. Bu proses də Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə sıx bağlıdır və burada da Hesablama Palatasının üzərinə böyük vəzifə düşür.
Sahibə Qafarova diqqətə çatdırıb ki, bu ərazilərdə Ermənistan tərəfindən 30 il ərzində 1 milyondan artıq minanın basdırılması aparılan işlərə maneə törədir və bu minalar insan itkisinə səbəb olur. Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etsə də, hələlik nəticə yoxdur. İnanırıq ki, bu sülh müqaviləsinin imzalanması bütün Cənubi Qafqazın inkişafına öz təsirini göstərəcək.
Görüşdə Türkiyə, Qırğızıstan, Braziliya və Belarusun Hesablama palatalarının sədrləri Metin Yener, Almazbek Akmatov, Ualton Alenkar Rodrigez və Dmitri Basko Azərbaycanda olmalarından məmnunluqlarını ifadə ediblər. Onlar 3-cü DİM Dialoqunun ölkəmizdə yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlıqlarını ifadə ediblər. Bildirilib ki, bu cür toplantılardan çıxarılan nəticələr, qarşılıqlı təcrübə mübadiləsi audit qurumlarının gələcək fəaliyyəti üçün faydalı olacaq. Qonaqlar bu il Azərbaycanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunması münasibətilə təbriklərini çatdırıblar.
Sonra görüşdə iştirak edən Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov görüşün təşkilinə görə təşəkkürünü bildirib, Bakıda keçirilən tədbirin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə öz dəyərli töhfəsini verəcəyinə inamını ifadə edib.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır