Ermənilər Xocalı və Xankəndidə mina tələləri quraşdırıb?-
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi “Azərbaycanda minalar və partlamamış hərbi sursatlar probleminin həllinə yönəlmiş tədqiqata əsaslanan hesabatın hazırlanması, minaların və partlamamış hərbi sursatların qurbanlara və icmalara təsirinin öyrənilməsi” adlı layihənin icrasını davam etdirir.
YeniAvropa xəbər verir ki, bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov oktyabrın 24-də keçirilən mətbuat konfransında deyib.
İctimai Birliyin sədri bildirib ki, layihə Kanadanın Azərbaycandakı səfirliyinin “Yerli təşəbbüslər üçün Kanada fondu” proqramı çərçivəsində ayrılan maliyyə yardımı ilə həyata keçirilir. Layihənin məqsədi Azərbaycanda, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə minalar və partlamamış hərbi sursatlar problemi ilə bağlı təhqiqatlar apararaq hesabat hazırlamaq, geniş ictimaiyyət arasında məlumatlılığın artırılması, minalar və partlamamış hərbi sursatların qurbanlara və icmalara, xüsusən də işğaldan azad edilmiş ərazilərə geri qayıdan insanlara təsirinin öyrənilməsindir.
Əsas məqsədlərdən biri Azərbaycanın bütün ərazisində, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə mütəmadi monitorinqlərin keçirilməsi, bu ərazilərdəki mina və partlamamış hərbi sursat probleminin öyrənilməsidir. Mina tələlərə aid məlumatların hazırlanacaq hesabatda xüsusi bölmədə əksini tapması planlaşdırılıb. Burada mina tələlərin aşkarlandığı ərazilər, onların konfiqurasiyası və qurbanları haqqında müfəssəl məlumat veriləcək. Artıq Şuşa rayonunun Daşaltı, Laçın rayonunun Zabux və Sus, Ağdam rayonunun Orta Qərvənd, Füzuli rayonunun Qorqan kəndlərinin, Xocalı rayonunun ərazisində və Xankəndi şəhərində mina tələlərin quraşdırılmasına dair məlumatlar əldə edilib.
“Bundan başqa, Naxçıvan Muxtar Respublikası ərazisində mina və partlamamış hərbi sursat probleminin öyrənilməsi də əsas məqsədlərdəndir. Həmin ərazidə son 20 ildə bu problemin miqyası öyrənilməyib.
Ermənistanın işğalı zamanı İran İslam Respublikası ilə dövlət sərhədinin minalanmasına dair məlumatlar var və bu ərazilərin də monitorinqinin keçirilməsi planlaşdırılır.
Ermənistanla şərti dövlət sərhədindəki rayonlarımızdakı (Qazax, Ağstafa, Tovuz, Daşkəsən, Gədəbəy) mina və partlamamış hərbi sursat probleminin öyrənilməsi də əsas məqsədlərimizdən biridir. Digər təhqiqatı aparılacaq problem keçmiş SSRİ-nin bütün Azərbaycan ərazilərində olmuş hərbi anbarlarının və poliqonlarının olduğu yerlərdəki vəziyyətin öyrənilməsidir. Lənkəran-Astara zonasında zaman-zaman dənizdən minalanın tapılması faktları mövcuddur. Ağstafa rayonunun Suloğlu kəndində və Xızı rayonunun Giləzi qəsəbəsində böyük hərbi anbarlar olub, Ceyrançol ərazisində hərbi poliqonun ətrafında baş vermiş partlayışlar nəticəsində çoxlu sayda insan həlak olub və yaralanıb”, - deyə Hafiz Səfixanov xatırladıb.
Qeyd edib ki, layihənin əsas məqsədlərindən biri də mina və partlamamış hərbi sursatların qurbanlara təsirinin öyrənilməsidir. Bunun üçün mina və partlamamış hərbi sursatların qurbanları ilə görüşlər keçiriləcək. Onların hansı şəraitdə və nə edərkən qurban olması, hadisənin baş verdiyi ərazidə əvvəllər baş vermiş mina partlayışları barədə insanların məlumatlı olub-olmamaları, qurban olduqdan sonra hansı çətinliklər yaşamaları, əvvəllər hansı sahədə çalışması, indi məşğulluq proqramına qoşularsa hansı fəaliyyət sahəsində çalışmaq istəməsi və digər məsələlərin araşdırılması nəzərdə tutulub.
Hədəflərdən biri də mina və partlamamış hərbi sursatların icmalara xüsusilə də işğaldan azad olunmuş ərazilərə geri qayıdan insanlara təsirinin hər tərəfli öyrənilməsidir. Bunun üçün Füzuli və Laçın şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə geri qayıtmış insanlarla görüşlərin keçirilməsi, bu problemin onların gündəlik həyatına təsiri, bu təhlükəyə qarşı maarifləndirmə proqramlarında verilmiş təlimatlara ciddi əməl olunması öyrəniləcək.
Bundan başqa, keçmiş cəbhə xəttində yerləşmiş kəndlərdə yaşayan insanlara mina və partlamamış hərbi sursatların yaratdığı problemlər öyrəniləcək. Bunun üçün həmin ərazilərdə minalar və partlamamış hərbi sursatlarla çirklənmənin səviyyəsi, insanların əkin sahələrindən, su mənbələrindən istifadəsində, heyvandarlıqla məşğul olmalarında minaların və partlamamış hərbi sursatların hansı təsirləri var, minalar və partlamamış hərbi sursatlar insanların hansı işlərlə məşğul olmasına imkan vermir, insanların adət-ənənələri yerinə yetirməsinə, o cümlədən milli bayramların keçirilməsində, dini ayinləri yerinə yetirilməsində, qəbiristanlıqlara gedilməsində minaların və partlamamış hərbi sursatların təsiri varmı, ümumiyyətlə minalar və partlamamış hərbi sursatlar insanların həyatına birbaşa və dolayısı ilə hansı təsiri göstərir.
Layihənin gələn ilin martınadək icra olunması nəzərdə tutulur.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır