Türkiyənin müdafiə naziri Azərbaycandakı hərbi təlimləri izləyir
Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi "Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimində oktyabrın 24-də "Yüksək səviyyəli müşahidəçi günü” keçirilir.
YeniAvropa xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler, Tacikistan Respublikasının müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin rəisi general-mayor Jumabek Axmetov və Özbəkistan Respublikasının müdafiə nazirinin döyüş hazırlığı üzrə müavini polkovnik Kadirjon Tursunovun rəhbərlik etdiyi nümayəndə heyətləri, eləcə də Türkiyənin müdafiə sənayesi sahəsində çalışan bir neçə şirkət rəhbəri və nümayəndəsi "Mustafa Kamal Atatürk-2023" birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak edirlər.
Bu gün keçirilən təlimdə təmas xəttində yerləşən mövqelərin şərti düşməndən azad olunması və birliklərin irəliləməsi üçün Azərbaycan və Türkiyə komando bölükləri tərəfindən birgə sızma fəaliyyətlərinin icra edilməsi, şərti düşmən PUA-sına radiomaneələr tətbiq edilərək onun döyüş tapşırığını (kəşfiyyatın aparılması) yerinə yetirməsinə imkan verilməməsi, Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə şərti düşmənin Hava Hücumundan Müdafiə vasitələrinin fəaliyyətinə maneələr yaradılması əməliyyatları icra ediləcək. Həmçinin bölmələrimizin mütəşəkkil irəliləməsi təmin ediləcək, əldə olunmuş atəş üstünlüyü qorunub saxlanılacaq, Azərbaycan və Türkiyə hərbçilərindən təşkil olunmuş taktiki qrupların və xüsusi təyinatlı qrupların hərəkəti təmin olunacaq.
Təlimdə mühəndis bölmələri tərəfindən minalanmış sahələrdən keçidlərin açılmasından sonra birgə taktiki və xüsusi təyinatlı qruplar tərəfindən şərti düşmən mövqelərinə basqın edilərək onun mövqedə məhv edilməsi və ön xəttinin ələ keçirilməsi fəaliyyətləri, "Bayraktar TB-2" vasitəsilə şərti düşmənin "İsgəndər" və "Toçka-U" taktiki raket komplekslərinin məhv edilməsi, bununla yanaşı, şərti düşmən mövqelərinin piyada qüvvələr tərəfindən atəş və manevr üsulu ilə ələ keçirilməsi, piyada döyüş maşınlarından (PDM) desantın endirilməsi fəaliyyətinin icra olunması nəzərdə tutulub. Həmçinin hər iki ölkənin xüsusi təyinatlı qruplarından ibarət hava desantının vəzifəli şəxsi ələ keçirmək üçün şərti düşmən arxasına endirilməsi fəaliyyəti icra olunacaq.
Təlim Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunub.
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək