logo

Rəsmi Tehran Qafqazda münaqişənin sona çatmasını region üçün tarixi fürsət hesab edir

09:58 24-10-2023 | icon 1085
Rəsmi Tehran Qafqazda münaqişənin sona çatmasını region üçün tarixi fürsət hesab edir

Cənubi Qafqazda münaqişənin sona çatması region ölkələrinə sülhün və əməkdaşlığın təşviqi istiqamətində çalışmaq üçün tarixi fürsət verib.

YeniAvropa İRNA-ya istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Tehranda “3+3” formatının nazirlər səviyyəsində keçirilən birinci görüşündə deyib.

“Biz inanırıq ki, bu gün bütün ölkələrimiz üçün tarixi fürsətdir. Cənubi Qafqazda müharibə başa çatıb və Qafqazda sülh, əməkdaşlıq və inkişafın vaxtı çatıb”, - deyə iranlı nazir vurğulayıb.

O bildirib ki, “3+3” formatında görüşün əsas məqsədi regiondankənar oyunçuların müdaxiləsi olmadan region ölkələrinin birbaşa iştirakı ilə mövcud problemləri həll etməkdir.