Bu gün Lüksemburqda Avropa İttifaqına (Aİ) daxil olan dövlətlərin xarici işlər nazirlərinin toplantısı keçiriləcək. Toplantıda bir sıra məsələlərlə yanaşı, Azərbaycan və Ermənistan arasında sülh əldə etmə istiqamətindəki danışıqlar prosesi də müzakirə olunacaq.
YeniAvropa xəbər verir ki, “Euronews” telekanalı Aİ-nin beynəlxalq siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Cozef Borelə istinadla məlumat yayıb. Xəbərdə bildirilib ki, toplantıda həmçinin, Qəzza bölgəsinə humanitar yardımın çatdırılması və Yaxın Şərqdəki böhran da müzakirə mövzusu olacaq.
Toplantıda Ukraynadakı müharibə, habelə digər məsələlər də müzakirə mövzusu olacaq.