Gürcüstan oktyabrın 23-də Tehranda “3+3” (Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistan) formatında keçiriləcək görüşdə təmsil olunmayacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Gürcüstan bu görüşdə iştirak etməyib və iştirak etmir.
Qeyd edək ki, “3+3” formatında ilk görüş Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində 2021-ci il dekabrın 10-da Moskvada keçirilib.