Lənkəran stansiyasından 29 km şimalda, Masallı rayonunda saat 00:58 radələrində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, zəlzələ ocağının dərinliyi 18 kilometr olub.
Zəlzələ 3 bala qədər hiss olunub.