logo

ABŞ və İsrail Qəzzada müvəqqəti hökumət qurulması imkanını müzakirə edir

11:11 21-10-2023 | icon 3241
ABŞ və İsrail Qəzzada müvəqqəti hökumət qurulması imkanını müzakirə edir

ABŞ və İsrail HƏMAS hərəkatının Qəzza sektorundan çıxarılmasından sonra bölgədə BMT-nin dəstəyi və ərəb ölkələrinin iştirakı ilə müvəqqəti hökumətin qurulması imkanlarını müzakirə etməyə başlayıb.

YeniAvropa xəbər verir ki, "Bloomberg" agentliyi bu barədə ABŞ administrasiyasındakı mənbələrinə istinadla məlumat yayıb.

Məlumata əsasən, bu məsələ ilə bağlı müzakirə Birləşmiş Ştatlar administrasiyasında ilkin mərhələdədir və İsrail ordusunun HƏMAS-a qarşı aparacağı yerüstü əməliyyatın nəticələrindən asılı olacaq. Amerikalı məmurların sözlərinə görə, Qəzza sektorunda müvəqqəti hökumətin qurulması kimi istənilən planın reallaşması üçün ərəb ölkələrinin dəstəyi vacibdir.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Kassam” briqadası İsrailin nəzarətində olan ərazilərə hücum edib. İsrail tərəfi buna cavab olaraq HƏMAS-a qarşı hərbi əməliyyatlara başlayıb.