Prezident Təqaüdçülərinin İctimai Birliyi yaradılacaq.
YeniAvropa xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Orxan Dəmirli “Heydər Əliyev və Prezident təqaüdçüləri: gələcəyə ünvanlanan strategiya” tədbirində deyib.
Orxan Dəmirli bildirib ki, ictimai birliyin təsis sənədləri hazırlanıb, qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə təqdim olunub.
Onun sözlərinə görə, cəmiyyətin yaradılmasının məqsədi prezidentin sərəncamları əsasında Prezident təqaüdünə layiq görülən bütün gənclərin səylərinin birləşdirilməsi, ölkəmizdə, xüsusilə regionlarda yaşayan istedadlı, təhsildə fərqlənən gənclərin təlim-tədrisi və sonrakı inkişafında dövlətimiz tərəfindən görülən tədbirlərə əlavə dəstək tədbirlərinin görülməsi istiqamətində bütün səylərin birləşdirilməsidir. "Ümidvaram ki, birliyimiz qeydə alınacaq. Hər birinizi üz olmağa dəvət edirəm. Prezident təqaüdçüləri olaraq ictimai birlik adı altında bütün səylərimizi səfərbər edəcəyik”,-deyə o bildirib.