logo

Gələn ilin əvvəlində Şuşaya 400 ailə köçürüləcək

13:53 19-10-2023 | icon 1554
Gələn ilin əvvəlində Şuşaya 400 ailə köçürüləcək

Gələn ilin birinci rübündə əhalinin Şuşaya köçürülməsinə başlanılacaq. Bu, 400-ə yaxın ailəni əhatə edəcək.

YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.

O qeyd edib ki, bu yaxınlarda genişmiqyaslı yol infrastrukturunun inşası prosesinə başlanılacaq. Onun sözlərinə görə, sosial obyektlərin tikintisi prosesi davam etdirilir. Yaxın günlərdə məktəbin açılışı olacaq.