Parlamentdə “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsi təsdiq edilib.
YeniAvropa xəbər verir ki, sənəd Milli Məclisin oktyabrın 17-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsinə əsasən, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Binəqədi qəsəbəsinin ərazisində 1213 hektar torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilir. Eyni zamanda, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 hektar və 2223,67 hektar torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə verilməsi nəzərdə tutulub.