logo

Faktiki hava:Hava şəraiti qeyri-sabit keçib, "Şahdağ"a qar yağıb

09:29 17-10-2023 | icon 1232
Faktiki hava:Hava şəraiti qeyri-sabit keçib, "Şahdağ"a qar yağıb

Oktyabrın 17-si saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, şimşək çaxıb, Şahdağda qar yağıb.

YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat yayıb.

Düşən yağıntının miqdarı Ordubad, Lerik, Şahdağ, Culfa, Zərdab, Naxçıvan, Gədəbəy, Gəncə, Şəmkir, İsmayıllı, Qobustan, Xaltan, Göyçay, Beyləqan, Kürdəmir, Sabirabad, Biləsuvar, Yardımlı, Lənkəran, Şahbuzda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Şahdağda 2 sm-lik qar örtüyü əmələ gəlib.

Qrız, Göygöl, Şamaxı, Lerikdə duman müşahidə olunub.

Qərb küləyi arabir Naxçıvanda 20 m/s, Daşkəsəndə 18 m/s, Kəlvəzdə 16 m/s-dək güclənib.