Astaranın Şiyəkəran kənd sakinləri yolsuz qalıb.
YeniAvropa xəbər verir ki, rayonda yağan intensiv yağışlar səbəbindən yaranan sel suları yenicə istifadəyə verilmiş körpünü dağıdıb.
Nəticədə kənd sakinləri çətinliklə üzləşiblər. Kəndə giriş-çıxış üçün alternativ yol 6 km aralıdan keçir. Bu yol isə bərbad vəziyyətdədir.
"Alternativ yolla hərəkəti bərpa etmək üçün yolda hamarlama işləri aparılacaq", - deyə kənd icra nümayəndəliyindən bildirilib.